Mərkəzi Bank daha 5 xarici şirkəti sığorta reyestrinə daxil edib
Azərbaycan Mərkəzi Bankı (AMB) 4 xarici ölkəyə məxsus 5 şirkəti xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.
Valyuta.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.
Məlumata görə, reyestrə daxil edilən şirkətlər Böyük Britaniyaya məxsus “Howden Reinsurance Brokers Limited” və “Volante International Limited”, Qazaxıstana məxsus “MOI Insurance Broker”, Lüksemburqa məxsus “Howden Insurance Brokers Limited” və Almaniyaya məxsus “Kuhn & Bülow Versicherungsmakler GmbH"dir.
Bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 92-yə çatıb.
Xatırladaq ki, “Howden Reinsurance Brokers Limited” 2010-cu ildən, “Volante International Limited” 2017-ci ildən, “MOI Insurance Broker” 2018-ci ildən, “Howden Insurance Brokers Limited” 1962-ci ildən, “Kuhn & Bülow Versicherungsmakler GmbH" isə 1991-ci ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay