BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7803
  • RUB
    1.6785
  • TRY
    0.0492
  • GBP
    2.139
57792

Sığorta şirkətlərinin onlayn sistemi vətəndaşlar üçün fəaliyyət göstərmir. Ekspertlərin fikrincə, şirkətlər bu addımı bilərəkdən atırlar ki, bəzi avtomobilləri sığortalamasınlar.

“Sığorta şirkətləri onlayn sığorta sistemini bağlayıb, insanlar sistemə daxil olaraq avtomobillərini sığorta edə bilmirlər. Ancaq sığorta agentləri sistemə daxil ola bilirlər”.

Bu şikayət sosial şəbəkələrdə yazılıb. Vətəndaş avtomobilini sığorta etdirmək istəyir. Lakin ona təkbaşına bu prosesi həyata keçirməsi üçün şərait yaradılmır. Məcbur olur ki, sığorta agentlərinə müraciət etsin. Bu zaman agentə də əlavə ödəniş etməli olur. Bəs sığorta şirkətləri niyə belə edirlər? 

“Şirkətlər bu tip maşınları sığortalamaqdan qaçır”

Sığorta eksperti İlkin Nəcəfovun sözlərinə görə, şirkətlərin bu cür oyunlara əl atmasının səbəbi avtomobillərin icbari sığortasındakı vəziyyətdir: “İcbari sığorta ilə bağlı durum ürəkaçan deyil. Şirkətlər ziyanla işləyir. Bu gedişlə bir çoxları icbari sığorta lisenziyalarından imtina edəcəklər. Çünki zərərləri, xüsusilə kiçik mühərrikli avtomobillərdə yüz faiz həddini keçir. Bu zərər şirkətləri maliyyə çatışmazlığı riski ilə üz-üzə qoyur. Bu səbəbdən şirkətlər maksimum halda çalışır ki, bu portfeldən kənarlaşsınlar. Taksi kimi işlədilən avtomobillərin, kiçik mühərrikli maşınların icbari sığortası şirkətləri ziyana salır. Ona görə də onlar bu tip nəqliyyat vasitələrini sığortalamaqdan qaçırlar”. 

İ.Nəcəfov dedi ki, şirkətlərin atdıqları bu addımlar keçicidir. Ən yaxşısı bu məsələlərin kökündən həll edilməsidir: “İcbari sığorta haqqında” qanununa əsasən, sığorta şirkətləri onlara yaxınlaşan heç bir müştəridən imtina edə bilməzlər. Buna görə də sığorta şirkətləri “ofisə gəlmək lazımdır”, yaxud “sistemdə nasazlıq var” deyərək müraciətlərdən yayınmağa çalışırlar. Amma bu, həll yolu deyil. Tənzimləyici qurumlar bu məsələni həll etməlidirlər. Çünki sığorta şirkətlərinin zərərləri artmaqda davam edir. Bu, bütövlükdə maliyyə bazarına təsirini göstərir. Burada şirkətləri də günahlandırmaq olmaz. Çünki onlar da qazanc əldə etməlidirlər. Çıxış yolu budur ki, ya avtomobillərin icbari sığortası məbləği artırılmalıdır, ya da bunu edə bilməyən şirkətlərin lisenziyaları alınmalıdır. Məsələn, bir sıra şirkətlər özləri lisenziyalarından imtina etdilər. Çox güman ki, yaxın zamanlarda digər şirkətlər də bu istiqamət üzrə lisenziya hüquqlarından imtina edəcəklər”. 

Sığorta agentliklərinin reklamı

İqtisadçı Fuad İbrahimov da icbari sığorta sahəsində belə bir problemin mövcud olduğunu təsdiqlədi: “Bu problem həqiqətən də var. Sayt bağlı deyil. Vətəndaş daxil olur, bəndləri doldurur, lakin sona çatdıqda prosesi yekunlaşdıra bilmir. İnsanlar məcbur şəkildə işlərini sığorta agentləri ilə görməli olurlar. Bu, sığorta agentliklərinin reklamı üçün də ola bilər”. 

“Sığorta məbləğinə yenidən baxılmalıdır”

Sığorta Agentləri Assosiasiyasının təsisçisi Vüsal Bədəlovun fikrincə, bir müddət öncə avtomobillərin icbari sığorta haqları artırılsa da, bu, hazırkı dövr üçün yetərli deyil: “Sığorta şirkətləri iki ildir ki, aşağı mühərrikli nəqliyyat vasitələrini, sığorta haqqı aşağı olan, zərər riski daha çox olan avtomobilləri sığortalamaqda maraqlı deyillər. Buna səbəb sığorta haqlarının aşağı olmasıdır. 2022-ci il oktyabrın 1-də Mərkəzi Bankın qərarı ilə sığorta haqqının hesablanma qaydası dəyişdi. Lakin bu, müsbət nəticə vermədi. Sığorta haqqı az miqdarda yüksəlsə də, yenə şirkətlər icbari sığorta ilə bağlı zərərlə işləyirlər. Zərəri də kompensasiya etmək üçün çalışırlar ki, daha az riskli və sığorta haqqı daha çox olan avtomobilləri sığortalasınlar”. 

V.Bədəlovun sözlərinə görə, əvvəllər sığorta şirkətləri vətəndaşı cəlb edirdi, indi əksinədir: “Düşünürəm ki, problemin həlli üçün sığorta haqqına yenidən baxılmalıdır. Çünki sığorta şirkəti qanunvericiliyin tələblərinə əsasən fəaliyyət göstərir. Qafqaz ölkələri arasında ən aşağı icbari sığorta haqqı bizim ölkəmizdədir. Vətəndaş sığorta əldə edib və şirkətin ödəməsini istəyir, bu, normaldır. Əgər şirkətin lisenziyası varsa, avtomobilin tipindən, mühərrikindən, sığorta haqqından asılı olmayaraq sığortalamalıdır. Sığorta şirkətləri əvvəllər özləri müştəri axtarırdı, indi tərsinədir”.

Hər şey bahalaşıb, məbləğ eyni qalıb

Ekspert bu istiqamətdə atılmalı olan addımları da sadaladı: “2011-ci ildən sığorta məbləği beş min manat təyin olunub. Əvvəlki dövrlərdə görürdük ki, çox nadir hallarda dəymiş zərər beş min manatı keçirdi. Amma indi avtomobillərin, ehtiyat hissələrinin bahalaşması nəticəsində kiçik bir hadisədə zərər beş min manat həddini keçir. Bu illər ərzində həm təmir xərcləri, həm də ehtiyat hissələri 3-4 dəfə bahalaşıb. Bu səbəbdən dəyişikliyə ehtiyac var. Taksilərlə bağlı xüsusi əmsal təyin edilməlidir. Çünki onların riski daha çoxdur. Amma ödədikləri sığorta məbləği adi maşınlarla eynidir. Bu dəyişikliklər olduqdan sonra hazırda yaşanan problemlər də tamamilə aradan qalxmış olacaq. Əgər bu məsələ tənzimlənməsə, bir neçə ildən sonra avtomobillərin icbari sığortası bazarında sığorta şirkəti qalmayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub - Prezident Fərman imzaladı

“Expressbank”ın rəhbərliyinə təyinat olub

“Expressbank”ın rəhbərliyinə təyinat olub

Yeni biznes üçün loqo necə hazırlanır?

Azərbaycan ət idxalını 40 %-ə yaxın artırıb

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5 %-ə yaxın artıb

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

"Dragon Motors Sales" gömrük qaydalarını pozdu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin