BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7803
  • RUB
    1.6785
  • TRY
    0.0492
  • GBP
    2.139
57616

Məlum olduğu kimi, 24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında” Qanuna əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məlumat üçün qeyd edək ki, Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir.İcbari sığorta müqaviləsinin bağlanmamasına görə isə fiziki şəxslərə 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə nəzərdə tutulub.

Maraqlıdır, hazırda ölkədə daşınmaz əmlakın icbari sığortası növü üzrə neçə yaşayış və qeyri-yaşayış əmlakı sığortalıdır?

Valyuta.az xəbər verir ki, bununla bağlı Sfera.az-ın sorğusuna İcbari Sığorta Bürosundan verilən cavaba görə, ölkə üzrə 138 765 yaşayış və 47 081 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 185 846 əmlak icbari sığorta ilə təmin olunub.

“Bakı şəhərində 66 112 yaşayış, 18 150 qeyri-yaşayış, Respublikanın regionlarında isə 72 653 yaşayış və 28 931 qeyri-yaşayış sahəsi üzrə əmlak sığortalanıb”,-qurumdan bildirilib.

Bəs hər hansısa bədbəxt hadisə baş verərsə, sığorta məbləğini hansı qurum qarşılayır və proses necə baş verir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-deputat Vüqar Bayramov bildirib ki, sözügedən məbləğin ödənişi sığortanı edən şirkət tərəfindən edilir:

“Ümumiyyətlə, əmlakın sığortalanması vacibdir. Bizə olan müraciətlərdə də görürük ki, sığortasız evlərə zərər dəyən zaman bu məbləğ qarşılanmır.  Nəticədə, dəymiş ziyanı vətəndaş özü qarşılamaq məcburiyyətində qalır. Lakin əgər əmlak sığortalanıbsa, hansısa hadisə baş verəndə bu məbləğ sığorta şirkləti tərəfindən qarşılanır. Bununla bağlı qanunvericilikdə müəyyən ödənişlər nəzərdə tutulub. Bu çərçivədə ödəniş həyata keçirilir. O cümlədən, bu ödənişlərin həyata keçirilməsi ilə bağlı hansısa çətinlik olmur”. 

Millət vəkili sonda vurğulayıb ki, prosesin daha da genişlənməsi üçün bu sahədə maarifləndirmə işləri aparılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub - Prezident Fərman imzaladı

“Expressbank”ın rəhbərliyinə təyinat olub

“Expressbank”ın rəhbərliyinə təyinat olub

Yeni biznes üçün loqo necə hazırlanır?

Azərbaycan ət idxalını 40 %-ə yaxın artırıb

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5 %-ə yaxın artıb

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

"Dragon Motors Sales" gömrük qaydalarını pozdu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin