Sığorta
04.10.2024 / 16:36
“AzSığorta”nın İdarə Heyətinə təyinat olub
56826
“AzSığorta” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Valyuta.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən Fərid Mübariz oğlu Qarayev İdarə Heyətinin müvəqqəti üzvü seçilib.
Fərid Qarayev 2021-ci ildən sığorta şirkətinin Maliyyə direktoru vəzifəsinə təyin edilmişdi. O, Beynəlxalq İqtisadi Münasibətlər üzrə Azərbaycan Dövlət Neft Akademiyasının bakalavr, eyni ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pillələrini fərqlənmə ilə bitirib. O, 2012-ci ildən “AzSığorta”da çalışır.
Xatırladaq ki, “AzSığorta” ASC 2006-cı ildə yaradılıb, 14 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.
© Banker.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay