Əmlak sığortası üzrə ödənişlər 31,3 % azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əmlak sığortası üzrə 149 milyon 120 min manat sığorta haqqı toplanılıb.
Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 % və ya 5 milyon 860 min manat çoxdur.
2023-cü ilin hesabat dövründə əmlak sığortası üzrə yığımların həcmi 143 milyon 260 min manat olub.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 21 milyon 88 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 31,3 % və ya 9 milyon 613 min manat azdır.
2023-cü ilin yanvar-avqust aylarında əmlak sığortası üzrə ödənişlərin həcmi 30 milyon 701 min manat olub.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 927,732 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,55 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin ödənişlərinin məbləği isə 499,854 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,6 % çoxdur.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,8 manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay