“İpək Yolu Sığorta” şirkəti sığorta haqqı toplaya bilmir - 10 milyon manatdan çox azalma
“İpək Yolu Sığorta” ASC bu ilin yanvar-avqust aylarında 4 milyon 898 min manat sığorta haqqı toplayıb.
Valyuta.az xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 milyon 257 min manat və ya 67,7 % azdır. 2023-cü ilin yanvar-avqust aylarında şirkət 15 milyon 155 min manat sığorta haqqı toplayıb.
Bu ilin hesabat dövründə “İpək Yolu Sığorta” ASC-nin ödənişləri 241 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 97,4 % və ya 119 min manat çoxdur. 2023-cü ilin yanvar-avqust aylarında şirkətin ödənişlərinin həcmi 122 min manat olub.
"İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 927,732 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,55 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 499,854 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,6 % çoxdur.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,8 manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay