“PAŞA Sığorta” qırmızı zolaqda - Şikayətlər artmaqda davam edir
2023-cü ilin sonlarından etibarən “PAŞA Sığorta” şirkətindən avtomobillərin icbari sığortası üzrə şikayətlər artmaqda davam edir.
Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin sentyabr ayında “PAŞA Sığorta”nın şikayət indeksi 0,35-ə barəbər olub. Bu ilin yanvarında 0,59-a qədər yüksəlib. 2024-cü ilin aprel ayı üzrə sığorta şirkəti ilk dəfə şikayətlərin həcminə görə 1.01 indeksi ilə sarı zolağa düşüb. Son üç ayda da “PAŞA Sığorta”nın şikayət indeksi yüksəlməkdə davam edib. Bu ilin may ayında şikayət indeksi 1.09-a, iyun ayında isə 1.12-yə, iyul ayında isə 1.19-a yüksəlib.
Ötən ay isə “PAŞA Sığorta” 1.24 indeksi ilə icbari avtosığorta ən çox şikayət edilən sığorta şirkətlərinin üçlüyünə, yəni qırmızı zolağa düşüb. Ümumilikdə ilin əvvəli ilə müqayisədə “PAŞA Sığorta”nın şikayət indeksi 2 dəfədən çox artıb.
Qeyd edək ki, məsələ ilə bağlı bundan əvvəl "PAŞA Sığorta"ya müraciət edilsə də, şirkət hər hansı reaksiya verməkdən imtina edib.
Xatırladaq ki, “PAŞA Sığorta” 2006-cı ildə yaradılıb, 50 milyon manat nizamnamə kapitalı var. Kapitalının 100%-i “PASHA Holding” MMC-yə məxsusdur.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay