“A-Group Sığorta”nın yığımları üzrə itkiləri 1 milyon manatı ötüb
2024-cü ilin yanvar-iyul aylarında “A-Group Sığorta” 9 milyon 578 min manat sığorta haqqı toplayıb.
Valyuta.az xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,8% və ya 1 milyon 377 min manat azdır. 2023-cü ilin 7 ayında “A-Group Sığorta” 10 milyon 955 min manat sığorta haqqı toplayıb.
Bu ilin hesabat dövründə şirkətin ödənişlərinin həcmi 5,2% azalaraq 7 milyon 856 min manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 431 min manat azdır. 2023-cü ilin 7 ayında şirkətin ödənişlərinin həcmi 8 milyon 287 min manat olub.
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 833,581 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 440,192 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,6 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 37,1 manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay