“İpək Yolu Sığorta”nın yığımları 9 milyon manatdan çox azalıb
Bu ilin yanvar-iyul aylarında “İpək Yolu Sığorta” 4 milyon 875 min manat sığorta haqqı toplayıb.
Valyuta.az xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 66,8 % və ya 9 milyon 840 min manat azdır. 2023-cü ilin 7 ayında şirkət 14 milyon 715 min manat sığorta haqqı toplayıb.
Şirkətin ödənişlərinin həcmi 237 min manat olub ki, bu da 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 14,9 % və ya 127 min manat çoxdur.
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 833,581 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 440,192 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,6 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 37,1 manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay