Həyat sığortası üzrə ödənişlər 77 %-ə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 400 milyon 448 min manat sığorta haqqı toplanıb.
Valyut.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 18,3 % çoxdur.
Həyat sığortası üzrə ödənişlərin həcmi 76,5 % artaraq 293 milyon 517 min manat olub.
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 833,581 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 440,192 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,6 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 37,1 manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay