Könüllü sığorta növlərinin hesabına 624 miyon 107 min manat toplanıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 624 miyon 107 min manat sığorta haqqı toplanıb.
Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin həcmi 366 milyon 813 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 65,7 % çoxdur.
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 833,581 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 440,192 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,6 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 37,1 manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay