Sığorta
29.07.2024 / 14:50
“Xalq Sığorta”nın yığımları 1 milyon manatdan çox azalıb
52615
Bu ilin yanvar-iyun aylarında “Xalq Sığorta” ASC-nin yığımlarının həcmi 10 milyon 787 min manat olub.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 250 min manat, yaxud da 10,4 faiz azdır.
Ötən ilin eyni dövründə şirkətin yığımları 12 milyon 37 min manat idi.
Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə, 50 %-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5 %-lik səhmdarı) məxsusdur.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay