“AzSığorta”nın sığorta ödənişləri 4 milyon manatdan çox azalıb
Bu ilin yanvar-iyun aylarında “AzSığorta” ASC 5 milyon 226 min manat sığorta haqqı toplayıb.
Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 % çoxdur. 2023-cü ilin birinci yarısında şirkətin topladığı sığorta haqqının həcmi 4 milyon 816 min manat olub.
Bu ilin hesabat dövründə “AzSığorta” ASC -nin sığorta ödənişlərinin həcmi 872 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 83,7 %, yaxud da 4 milyon 479 min manat azdır. 2023-cü ilin yanvar-iyun aylarında “AzSığorta”nın sığorta ödənişlərinin həcmi 5 milyon 351 min manat təşkil edib.
"Azsığorta" 2006-cı ildə yaradılıb. Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 725,162 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 356,633 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 58,5 % çoxdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay