Tibbi sığorta üzrə 81 milyon manatdan çox sığorta haqqı toplanıb
Azərbaycanda bu ilin birinci yarısında tibbi sığorta üzrə 81 milyon 45 min manat sığorta haqqı toplanıb.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 0,6 % azdır.
Bu ilin hesabat dövründə tibbi sığorta üzrə ödənişlərin həcmi 45 milyon 059 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28,2 % çoxdur.
Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 725,162 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri
ödənişlərin məbləği isə 356,633 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 58,5 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,2 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 34,7 manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay