541 milyon manatdan çox könüllü sığorta haqqı toplanıb
Azərbaycanda bu ilin birinci yarısında könüllü sığorta növü üzrə 541 milyon 063 min manat sığorta haqqı toplanıb.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,9 % çoxdur.
2024-cü ilin yanvar-iyun aylarında könüllü sığorta növü üzrə 295 milyon 009 min manat ödəniş edilib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 68,7 % çoxdur.
Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 725,162 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 356,633 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 58,5 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,2 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 34,7 manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay