“PAŞA Sığorta” sarı zolaqda - Şikayətlər 2 dəfəyə yaxın artıb
2023-cü ilin sonlarından etibarən “PAŞA Sığorta” şirkətindən avtomobillərin icbari sığortası üzrə şikayətlər artmaqda davam edir.
Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin sentyabr ayında “PAŞA Sığorta”nın şikayət indeksi 0,35-ə barəbər olub. Bu ilin yanvarında 0,59-a qədər yüksəlib. 2024-cü ilin aprel ayı üzrə sığorta şirkəti ilk dəfə şikayətlərin həcminə görə 1.01 indeksi ilə sarı zolağa düşüb. Son iki ayda da “PAŞA Sığorta”nın şikayət indeksi yüksəlməkdə davam edib. Bu ilin may ayında şikayət indeksi 1.09-a, iyun ayında isə 1.12-yə yüksəlib. Ümumilikdə ilin əvvəli ilə müqayisədə “PAŞA Sığorta”nın şikayət indeksi 2 dəfəyə yaxın artıb.
Xatırladaq ki, “PAŞA Sığorta” 2006-cı ildə yaradılıb, 50 milyon manat nizamnamə kapitalı var. Kapitalının 100%-i “PASHA Holding” MMC-yə məxsusdur.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay