"Xalq Sığorta"nın yığımları üzrə itkiləri 1 milyon manatı ötüb
Bu ilin yanvar-may aylarında "Xalq Sığorta" ASC-nin sığorta yığımlarının həcmi 9,7 milyon manat təşkil edib.
Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə “Xalq Sığorta”nın yığımları 9,8 %, yaxud da 1,05 milyon manat azalıb.
"Xalq Sığorta"nın 2024-cü ilin yanvar-may aylarında sığorta ödənişlərinin həcmi 4,85 milyon manat olub. Bu isə ötən ilin ilk beş ayı ilə müqayisədə 51 % və ya 5,02 milyon manat azdır.
Ötən ilin yanvar-may aylarında sığorta şirkətinin ödənişləri 9,87 milyon manat təşkil edib.
Sığorta şirkətinin zərərliliyi bu dövrdə 92 %-dən 50 %-ə enib.
Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə, 50 %-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5 %-lik səhmdarı) məxsusdur.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay