Sığorta
28.06.2024 / 13:34
“Ata Sığorta”nın yığımlarında azalma davam edir
50743
“Ata Sığorta” ASC 2024-cü ilin yanvar-may aylarında 4,3 milyon manat sığorta haqqı toplayıb.
Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Məlumata görə bu, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 7,5 % və ya 346 min manat azdır.
2023-cü ilin yanvar-may aylarında “Ata Sığorta” 4,65 milyon manat sığorta haqqı toplamışdı.
Bu dövrdə sığorta şirkətinin ödənişləri isə 36,3 % və ya 449 min manat artaraq 1,69 milyon manata çatıb. Ötən ilin eyni dövründə şirkətin ödənişləri 1,24 milyon manat təşkil edib.
Yığımların azalması və ödənişlərin artması fonunda sığorta şirkətinin zərərliliyi 27 %-dən 36 %-ə yüksəlib.
Leyli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay