“Vətəndaşlar 3 300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququ əldə ediblər”
“Ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta ilə uşağdan böyüyə qədər hər kəs əhatəlidir və sığorta çərçivəsində qarşılanan 3300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququ əldə edib”.
Valyuta.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev iyunun 20-də Bakıda keçirilən 10-cu "Azərbaycan Beynəlxalq Sığorta Forumu"da bildirib.
O, qeyd edib ki, hədəfimiz hər kəsin ehtiyac duyduğu keyfiyyətli səhiyyə xidmətlərini maddi çətinlik çəkmədən əldə etməsi üçün universal tibbi təminata nail olmaqdır.
"Son illər dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılan vəsaitlərin artımı, səhiyyə üzrə xərclərin büdcə xərclərində payının çoxalması dövlətin bu sahəyə ayırdığı diqqətin göstəricisidir. Bütün bunlar bizə tibbi xidmətlərin keyfiyyətini və çeşidini artırmağa imkan verir. Ötən il biz uzun müddətdir təklif olunan qaraciyər, böyrək və sümük iliyi transplantasiyası və digər dəyəri yüksək cərrahi əməliyyatları da icbari tibbi sığorta təminatına daxil etdik. Nəticədə əhalinin tibbi xidmətlərə, xüsusən bahalı cərrahı əməliyyatlara əlçatanlığı artdı.
Qeyd edim ki, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha da artırılması və universal tibbi təminatın təşkil olunmasının əsasında icbari tibbi sığortanın maliyyə dayanıqlığını tam təmin etmək dayanır" - deyə Zaur Əliyev əlavə edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay