Sığorta
20.06.2024 / 10:40
Taleh Kazımov: Son 3 ildə sığorta sektorunun aktivləri 34.2% artıb
50299
Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub və burada maliyyə, o cümlədən sığorta sektorunun rolu böyükdür.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda (“Azerbaijan International Insurance Forum” – AIIF-2024) bildirib.
O, həmçinin deyib ki, son 3 ildə sığorta sektorunun aktivləri 34.2%, balans kapitalı isə 7.7% artıb.
“Bu müdətdə ölkədə sığorta haqları 67.8% artaraq 1 milyard 222,537 milyon manata, sığorta ödənişləri isə 26.3% artaraq 587,325 milyon manata çatıb”, – deyə o qeyd edib.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay