“Aqrar sığorta xidmətləri ölkədə fəaliyyət göstərən fermerlərin 96 %-i üçün əlçatandır”
“Azərbaycanda aqrar sığorta modelinin əsas xüsusiyyətlərindən biri onun kifayət qədər geniş əhatə dairəsinə malik olmasıdır”.
Valyuta.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyunun 20-də Bakıda keçirilən 10-cu "Azərbaycan Beynəlxalq Sığorta Forumu"da deyib.
O, bildirib ki, təklif edilən aqrar sığorta xidmətləri ölkədə fəaliyyət göstərən fermerlərin 96 %-i üçün xidmətlərin əlçatanlığını təmin edir.
“Hazırda ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin 25%-i sığorta təminatı altına alınıb. Aqrar Sığorta Fondu tərəfindən sığorta təminatı verilmiş fermerlərə baş vermiş sığorta hadisələrinə görə ödənilən təzminatlar ildən-ilə artır. Bu amil zərərçəkənlərə fəaliyyətlərini bərpa etməyə və kənd təsərrüfatı fəaliyyətlərini fasiləsiz davam etdirməyə imkan verir" - deyə nazir əlavə edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay