Sığorta
10.06.2024 / 15:45
“A-Qroup Sığorta Şirkəti”nin sığorta ödənişlərinin həcmi azalıb
49797
2024-cü ilin yanvar-aprel aylarında “A-Qroup Sığorta Şirkəti” ASC-nin sığorta ödənişlərinin həcmi 4 milyon 151 min manat olub.
Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 388 min manat, yaxud da 8,5 % azdır.
2023-cü ilin müvafiq dövründə “A-Qroup Sığorta Şirkəti” ASC-nin sığorta ödənişlərinin həcmi 4 milyon 539 min manat olub.
2024-cü ilin yanvar-aprel aylarında “A-Qroup Sığorta Şirkəti” ASC 6 milyon 390 min manat sığorta haqqı toplayıb. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9 %, yaxud da 637 min manat azdır.
“A-Qroup Sığorta Şirkəti” ASC 2023-cü ilin müvafiq dövründə 7 milyon 027 min manat sığorta haqqı toplayıb.
Nara
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay