Sığorta
31.05.2024 / 16:23
“AzSığorta”nın sığorta ödənişlərində 86 faizlik azalma
49247
“AzSığorta” ASC-nin bu ilin yanvar-aprel aylarında sığorta ödənişlərinin həcmi 398 min manat olub.
Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 86,4 %, yaxud da 2 milyon 542 min manat azdır.
2023-cü ilin yanvar-aprel aylarında 2 milyon 940 min manat sığorta ödənişi edib.
Hesabat dövründə şirkət 3 milyon 696 min sığorta haqqı toplayıb. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 300 min manat, yaxud da 8,8 % çoxdur.
2023-cü ilin yanvar-aprel aylarında bu göstərici 3 milyon 396 min manat olub.
Nara
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay