"Xalq Sığorta"nın sığorta ödənişləri 5 milyon manata yaxın azalıb
Bu ilin yanvar-aprel aylarında "Xalq Sığorta" ASC-nin sığorta ödənişlərinin həcmi 3 milyon 980 min manat təşkil edib.
Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki,bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 51,9% yaxud da 4 milyon 298 min manat azdır.
"Xalq Sığorta" nın 2023-cü ilin yanvar-aprel aylarında sığorta ödənişlərinin həcmi 8 milyon 278 min manat olub.
Hesabat dövründə "Xalq Sığorta" ASC-nin topladıqları sığorta haqqlarının həcmi 7 milyon 563 min manat təşkil edib. Bu da 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 1 milyon 302 min manat yaxud da 14,6% azdır.
Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay