Sığorta
30.05.2024 / 17:37
“Naxçıvansığorta” ASC-nin 7 milyon manatlıq səhmləri ləğv edilir
49159
“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev pr., 4) könüllü ləğvi ilə bağlı onun adi sənədsiz 110 sayda hər birinin nominal dəyəri 63 min 637 manat olmaqla ümumi nominal dəyəri 7 milyon 70 manat olan, dövlət qeydiyyat nömrəsi AZ1004200395 səhmləri dövriyyədən çıxarılır və ləğv edilir.
Valyuta.az xəbər verir ki, qiymətli kağızların geri satın alınma dəyəri onların nominal dəyəri üzrə həyata keçiriləcək.
Qeyd edək ki, “Naxçıvansığorta” ASC 2014-cü ilin martın 14-də yaranıb. Şirkətin qanuni təmsilçisi Ələkbərov Tural Abbas oğludur. ASC-nin nizamnamə kapitalı 7 milyon 70 min manatdır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay