Sığorta
08.05.2024 / 14:34
Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
47743
Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta şirkətləri ilə sektorun strateji prioritetləri və hədəfləri müzakirə edilib.
Valyuta.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə növbəti dəfə görüşdük. Görüş zamanı cari ilin birinci rübünün nəticələrini və sektorun inkişaf perspektivlərini müzakirə etdik.
Görüşdə həmçinin sektorun strateji prioritet və hədəfləri, bu çərçivədə həyata keçirilən təşəbbüslər, eləcə də istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi kimi mühüm məsələlər üzrə müzakirələr apardıq", - T. Kazımov qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay