Sığorta
15.04.2024 / 23:10
"Meqa Sığorta" fərdi məlumatlar haqqında qanunvericiliyi pozub
46243
Fərdi məlumatlar haqqında qanunvericiliyi pozan "Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyətinə cərimə protokolu yazılıb.
Valyuta.az-ın məlumatına görə, ASC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 375.0.2-ci (Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Solmaz Mustafayevanın icraatındadır.
Bu xətaya görə, 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
Sadiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay