"Azərbaycan Sənaye Sığorta" ötən il 15 milyon manat kiçilib
“Azərbaycan Sənaye Sığorta” ASC 2023-cü ildə zərərdən mənfəətə keçib.
Valyuta.az xəbər verir ki, sığorta şirkəti 2022-ci ili 2,47 milyon manat xalis zərərlə bitirsə də ötən il 3,59 milyon manat xalis mənfəət əldə edib.
Sığorta şirkəti ötən il ərzində 45.83 mln. manat cəmi gəlirlər əldə edib. Bu isə 356% artım deməkdir. 2022-ci ildə 10.05 mln. manat cəmi gəlir əldə etmişdi.
Bununla belə xərclər də yüksəlib. Məsələn, hesabat müddətində “Azərbaycan Sənaye Sığorta”nın xərcləri 41.96 mln. manat təşkil edib. Buna səbəb isə ötən il Hacı Zeynalabdin qəsəbəsində Azərsun Parkın yanan zavoda görə sığorta şirkətinin 25 milyon manat ödəniş verməsi olub. Nəticədə 2022-ci illə müqayisədə ötən sığorta şirkətinin ümumi sığorta ödənişləri 6,6 dəfə artaraq 32,4 milyon manata çatıb.
2023-cü ildə “Azərbaycan Sənaye Sığorta”nın cəmi aktivlərinin həcmi 42.52 mln. manatdan 27.17 mln. manata düşüb. Başqa sözlə, sığorta şirkəti bir ildə 36% və ya 15,4 milyon manat kiçilib.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay