Azərbaycanda sığorta sinifləri üzrə yığımlar açıqlanıb
Azərbaycanda 2023-cü ildə könüllü sığortalar üzrə 888 milyon 104 min manat sığorta haqqları toplanıb.
Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə 21,9% çoxdur.
Həyat sığortası
Belə ki, Azərbaycanda həyat sığortası üzrə 545 milyon 203 min manat sığorta toplanıb, bu 2022-ci illə müqayisədə 28,2% yüksəkdir.
Həyat sığortasına daxil olan həyatın yaşam sığortası 504 milyon 992 min manat, həyatın ölüm halından sığortası üzrə 32 milyon 931 min manat, əmək qabiliyyətinin sığortası üzr 1 milyon 928 min manat, sağalmaz xəstəliklərdən sığorta üzrə 5 milyon 350 min manat sığorta haqqı toplanıb.
Qeyri-həyat sığortası
Ötən il qeyri-həyat sığortası üzrə 342 milyon 901 min manat sığorta haqqı toplanıb. Bu, 2022-ci il ilə müqayisədə 13,1% çoxdur.
Qeyri-həyat sığortasına daxil olan şəxsi sığorta üzrə 132 milyon 21 min manat, tibbi sığorta üzrə 121 milyon 10 min manat, xaricə səfər edən vətəndaşların sığortası üzrə 6 milyon 22 min manat, fərdi qəza üzrə 4 milyon 988 min manat sığorta haqqı toplanıb.
Əmlak sığortası üzrə
Əmlak sığortası üzrə 210 milyon 879 min manat sığorta haqqı toplanıb. Bu, 2022-ci il ilə müqayisədə 16% çoxdur.
Hava nəqliyyatı vasitələrinin sığortası üzrə 22 milyon 169 min manat olub, bu, 2022-ci illə müqayisədə 2,9% çoxdur.
Əmlakın yanğından və digər risklərdən sığortası üzrə 74 milyon 928 min manat sığorta haqqı toplanıb, bu, 2022-ci illə müqayisədə 12,9% çoxdur.
Avtonəqliyyat vasitələrinin sığortası üzrə 54 milyon 871 min manat olub, bu, 2022-ci illə müqayisədə 30,3% çoxdur.
Yüklərin (nəqliyyat) sığortası üzrə 5 milyon 987 min manat sığorta haqqı toplanıb, bu, 2022-ci illə müqayisədə 10,2% çoxdur.
Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 3 milyon 951 min manat (29,4% azdır), kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası 12 milyon 943 min (40,5%) manat, su nəqliyyat vasitələrinin sığortası 7 milyon 555 min manat sığorta haqları (17%) toplanıb.
Xatırladaq ki, 2023-cü ildə 1 milyard 222 milyon 537 min manat sığorta haqqı toplanıb.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay