Ən çox şikayət edilən sığorta şirkətləri - "Xalq Sığorta" və "Bakı Sığorta" liderdir
Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (3,80 indeksi ilə) olub.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yanvar ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər siyahısında - könüllü ləğv edilən "Azərsığorta" 2.10 indeksi ilə (0,51 bənd artım) ikinci, “Bakı Sığorta” isə 1.72 indeksi ilə ( əvvəlki ayla müqayisədə 0.05 bənd artım) siyahıda üçüncü olub.
Qeyd edək ki, avto-icbari sığorta icazəsi ləğv edilən “AZSIĞORTA”, "İpək Yolu Sığorta", "A-Qroup Sığorta", lisenziyası ləğv olunmuş "Günay Sığorta" və "Naxçıvan Sığorta" üzrə göstəricilər siyahıda nəzərə alınmayıb. Digər sığorta şirkətləri üzrə göstəriciləri aşağıdakı kimidir:
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay