Sığorta
26.01.2024 / 12:12
Azərbaycanda sığorta bazarının ÜDM-də payı 2%-dən çox olacaq
41195
Azərbaycanda sığorta bazarının ÜDM-də payı 2%-dən çox olacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı təqdim etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda bildirilib.
Qeyd edilib ki, 2024-2026-cı illərdə Azərnbaycan sığorta bazarının ÜDM-in 2,15%-nə çatdırılması hədəflənib. Hazırda bu rəqəm 1,85% təşkil edir.
Bu hədəfə nail olmaq üçün həyat sığorta (yığım sığortası istisna olmaqla) yığımların cari 124 mln. manatdan 280 milyon manata çatdırılması, bundan əlavə könüllü sığorta üzrə yığımların (həyat sığortası istisna olmaqla) cari 350 mln manatdan 630 mln. manata çatdırılması nəzərdə tutulub. Həmçinin, sığorta aktivləri cari 1 mlrd. 912 mln manatdan 3,7 mlrd. manata çatdırılmalıdır.
Leyli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay