BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
41021

Bu ildən başlayaraq İpoteka və Kredit Zəmanət Fondu bank kreditləri ilə yanaşı, istiqrazlara da zəmanət verəcək.

Valyuta.az xəbər verir ki, bu barədə “vergiler.az”a iqtisadçı Cəfər İbrahimli məlumat verib. Onun sözlərinə görə, indiyədək banklar kredit verərkən onların geri qaytarılması ilə bağlı dövlət zəmanəti verilirdi. Bu ildən etibarən həmin qaydalar istiqrazlara da şamil olunacaq və onlar qorunacaq. Başqa sözlə, qiymətli kağızlara yatırılan investisiyalar sığortalanmış olur.

“Hansısa şirkət istiqraz buraxırsa və o, təminat hissəsinə düşürsə, İpoteka və Kredit Zəmanət Fonduna müraciət edir. Fond paramertlərə uyğunluğu təsdiq edib təminata götürərsə, bu, qeyd olunur. İctimaiyyət də bu barədə məlumatlandırılır. Əgər müəyyən vaxtdan sonra şirkətin həmin vəsaitin geri ödənilməsində problemi yaranarsa, həmin istiqraza ayrılan vəsaitin 60%-i Fond tərəfindən istiqraz sahiblərinə ödəniləcək. Bu il Azərbaycanda ilk dəfə belə bir maliyyələşmə sxemi tətbiq olunacaq. Tutaq ki, hər hansı bir şirkət 1.000.000 manatlıq istiqraz buraxıb. Problem yaranarsa, vəsaitin 600.000 manatlıq hissəsi dövlət tərəfindən ödəniləcək. Burada hüquqi və fiziki şəxslər üçün qaydalar eynidir”, – C.İbrahimli qeyd edib.

Bəs korporativ istiqrazlara zəmanətin verilməsi hansı zərurətdən irəli gəlir? Zəmanət mexanizmi necə olacaq? Qaydalarda nələr nəzərdə tutulub? İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, sahibkarlara dəstək alətlərinin çeşidinin artırılması məqsədilə Azərbaycan Prezidentinin 24 avqust 2022-ci il tarixli 1832 saylı Fərmanından irəli gələn tapşırıqların icrası çərçivəsində daha iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə Fondun təminat verməsi mexanizmlərinin tətbiqi üzrə yeni qaydalar işlənib hazırlanıb: “Qeyri-neft sektorunda çalışan emitent şirkətlərin korporativ istiqrazlar üzrə öhdəliklərinin icrasına dövlət zəmanətinin verməsi sahibkarların alternativ maliyyə resurslarına çıxış imkanlarını genişləndirməklə yanaşı, qiymətli kağızlar bazarının inkişafına dəstək və investorların risklərinin bölüşdürülməsi baxımından vacib əhəmiyyət daşıyır”.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu məcmu nominal dəyəri 300 min manatdan az olmayan, tədavül müddəti isə 7 ilədək olan korporativ istiqrazlara zəmanət verir. Qaydalara əsasən, Fond tərəfindən zəmanətin verilməsi üçün emitent müvəkkil investisiya şirkəti vasitəsi ilə emissiya prospektinin layihəsini müvafiq sənədlərlə birlikdə Fonda təqdim edir. Fondun səlahiyyətli orqanı müraciətə 10 iş günü ərzində baxır və zəmanətin verilib-verilməməsi barədə qərar qəbul edir. Zəmanətin verilməsi barədə qərar qəbul edildikdən sonra emitent tərəfindən qanunvericiliyə müvafiq qaydada istiqrazların emissiyası həyata keçirilir.

Qaydalara əsasən, zəmanət istiqrazların məcmu nominal qalıq dəyəri üzrə verilir. İstiqrazlar nominaldan aşağı qiymətə (diskontla) yerləşdirildiyi halda, zəmanət istiqrazların ilkin yerləşdirmə qiymətinə (diskontlu qiymətinə) verilir.

Sahibkarlar bu mexanizmdən faydalanmaq üçün Fondla müqavilə imzalamış müvəkkil investisiya şirkətlərindən birinə müraciət edə bilər. Müvəkkil investisiya şirkətlərinin siyahısı saytda (www.mcgf.gov.az) yerləşdirilıb.

Hansı şirkətlərin bu zəmanət mexanizmindən yararlana biləcəyinə gəlincə, Fondan bildirilib ki, qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyəti həyata keçirən, korporativ istiqrazlar buraxmaq istəyən və Fondun tələblərinə cavab verən rezident kommersiya hüquqi şəxslər bu mexanizmdən istifadə edə bilərlər. Zəmanət nizamnamə kapitalında dövlətin iştirak payı 50%-dən çox olmayan şirkətlərin korporativ istiqrazlarına verilir. İstiqrazlar vasitəsilə cəlb olunacaq vəsait emitentin digər öhdəliklərinin yenidən maliyyələşdirilməsi (mövcud borc öhdəliyinin yeni borc öhdəliyi ilə əvəzləşdirilərək rəsmiləşdirilməsi) üçün alınmamalıdır.

Bir emissiya prospekti üzrə yerləşdirilən istiqrazların məcmu nominalının və ya nominaldan aşağı qiymətə (diskontla) yerləşdirildiyi halda onların ilkin yerləşdirmə qiymətinin (diskontlu qiymətinin) qalıq dəyərinin 15%-dən 60%-dək olan hissəsinə zəmanət verilir. İstiqrazlara təminat mexanizminin tətbiqi investorların risklərinin azalması və onların maraqlarının artırılması, habelə investorların dairəsinin genişlənməsinə imkan verəcək.

Onu da deyək ki, maliyyə sektoru bu güzəştdən yararlana bilməyəcək. Tutaq ki, bank olmayan kredit təşkilatı istiqraz buraxırsa, həmin qiymətli kağızlara zəmanət verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin