Sığorta
22.01.2024 / 15:10
Azərbaycanın sığorta bazarı 26% böyüyüb
40884
2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı hesabatda bildirirlir. Belə ki, bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 587,325 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,6 % çoxdur.
12 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,6 manat olub.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay