Sığorta
21.12.2023 / 12:07
Azərbaycan bu ilin əvvəlindən 6 milyon manatlıq sığorta xidməti ixrac edib
39083
Azərbaycan bu ilin əvvəlindən "Yaşıl Kart" beynəlxalq səğorta sistemi çərçivəsində 6 milyon manatlıq sığorta xidməti ixrac edib.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev bildirib.
"Artıq sığortaçılarımız 2 ölkədə (Gürcüstan və Qazaxıstan) "Yaşıl Kart" şəhadətnamələri buraxır. Növbəti illərdə daha çox ölkəni əhatə edə və daha çox "Yaşıl Kart" sata bilərik", - deyə o qeyd edib.
Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro "Yaşıl Kart" sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay