Keyfiyyətsiz xidmət göstərən sığorta şirkətləri açıqlanıb – “Xalq Sığorta” yenə də 1-cidir
Bu ilin noyabr ayında bir illik dövr üzrə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət yenə də "Xalq Sığorta" (3,58 indeksi ilə) seçilib. Ötən aya nisbətən sığorta şirkətindən edilən şirkətlərin həcmi 20%-dən çox artıb. Belə ki, “Xalq Sığorta” üzrə şikayət indeksi ötən ay 2,97 təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının noyabr ayı üzrə açıqladığı şikayət indeksində qeyd edilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər siyahısında - “Bakı Sığorta” 1.85 indeksi ilə ikinci ( əvvəlki ayla müqayisədə 0,13 bənd azalma), " Atəşgah Sığorta" isə 1.64 indeksi ilə (0,06 bənd artım) siyahıda üçüncü olub.
Digər sığorta şirkətləri üzrə göstəriciləri aşağıdakı kimidir:
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay