BAKU Azərbaycan
11.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
38133

“Azərsığorta” Azərbaycan Dövlət Kommersiya Sığorta Şirkətinin fəaliyyəti ilə bağlı hələlik qərar verilməyib, müzakirələr davam edir”.

Valyuta.az xəbər verir ki, bunu “Azərbaycan İnvestisiya Holdinqi”nin İdarə Heyətinin sədri Mətin Eynullayev deyib.

O bildirib ki, “Azərbaycan İnvestisiya Holdinqi”nin tərkibinə qatıldıqdan sonra, “Azərsığorta”dan icbari şəxsi sığortalar alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürülüb. Bu isə sığorta şirkətinin maliyyə göstəricilərinə və fəaliyyətinə təsirsiz ötüşməyib.

Mətin Eynullayev əlavə edib ki, sığorta şirkəti hazırda fəaliyyətini öz resursları hesabına davam etdirir: “Bununla belə, sığorta şirkətindəki durum hazırda müzakirə predmetidir. Hər hansı bir qərar verilərsə, bu barədə məlumat veriləcək”.

Xatırladaq ki, dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci ilin yanvarın 1-dən “Azərsığorta”dan alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ötürülüb. Portfelinin böyük hissəsinin ƏƏSMN-ə ötürülməsi sığorta şirkətinin maliyyə göstəricilərinə kəskin şəkildə təsir göstərib. Nəticədə sığorta şirkəti 2022-ci ili doqquz milyon manata yaxın kapital çatışmazlığı ilə bitirib. Bundan sonra “Azərbaycan İnvestisiya Holdinqi” şirkətdə yoxlamalara başlayıb və şirkət 2023-cü il noyabr ayından bütün satış əməliyyatlarını dayandırıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq

Unistream ödəniş sistemi Gürcüstana köçürmələri bərpa etdi

"Həyat-Müayinə, Məsləhət Və Müalicə Mərkəzi" cərimələnib

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Çində istehlak aktivliyi sürətlə yavaşlayır

Bakıda əmək yarmarkaları keçiriləcək

Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək

Modern Hospital cərimələnə bilər

Məşhur sahibkar cərimələnir

Əfqanıstan Rusiyadan daimi neft məhsulları alışına qayıtmaq istəyir

Prezidentlər Füzuli və Şuşaya səfər edib (YENİLƏNİB)

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

“İrşad Elektroniks” gömrük qaydalarını pozub?

"Bizim Bala Tədris Mərkəzi"nə protokol tərtib olundu

“Kapital Bank” dələduzların 90-dan çox web-saytını, 800-dən çox sosial şəbəkə hesabını bağlatdırıb

Bakıda 4-cü və 5-ci “DİM Dialoqu” keçiriləcək

Rusiyada gözlənilməz şaxtalar fonunda taxıl xeyli bahalaşdı

İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı

Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

10 min dollar mayası olan MMC ləğv olunur

Rusiyanın Avropaya ixracında rublun payı tarixi maksimuma yüksəldi

Füzuli və Ağdamın 28 kəndində vətəndaşlara müavinətin ödənilməsi niyə dayandırılıb? - AÇIQLAMA

Qiymətlər bahalaşır - Ənənəvi taksilər geri qayıdır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin