Sığorta
07.12.2023 / 12:40
118 sığorta vasitəçisinin lisenziyası ləğv edilib
38103
Azərbaycan Mərkəzi Bankı (AMB) 5 fiziki şəxsə verdiyi sığorta brokeri, 18 hüquqi şəxsə və 95 fiziki şəxsə isə verdiyi sığorta agenti lisenziyalarını (ümumilikdə 118 sığorta vasitəçisi) ləğv edib.
Bu barədə Valyuta.az-a tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bu qərar noyabrın 30-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar qüvvəsinin dayandırılmasına əsas verən hallar aradan qaldırılmadığı üçün ləğv olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay