Xaricə səfər edən vətəndaşların sığortası bazarı 21% böyüyüb
Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə cəmi yığımlar və ödənişlər artıb.
Valyuta.az xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 5 milyon 291 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 916 min manat və ya 21% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 4 milyon 374 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 314 min manat təşkil edib ki, bu da illik müqayisədə 8 min manat və ya 2,6% çoxdur .
Keçən ilin eyni dövründə 307 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 5,9% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1,1% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 7% təşkil edib.
© FED
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay