Ziya Əliyev: "Azərsığorta" ilə bağlı qiymətləndirmələrdən sonra qərar veriləcək
"Azərsığorta" ilə bağlı qiymətləndirmələr aparılır.
Valyuta.az xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Ziya Əliyev deyib.
O bildirib ki, dövlət sığorta şirkətinin icbari avtosığorta satışlarını dayandırması bununla bağlıdır.
"Bildiyiniz kimi, bu şirkət dövət şirkətidir. Onu biznesinin perspektivi və onun səmərəliliyi, eyni zamanda maliyyə dayanıqlılığı üzrə mövcud dinamikaların qiymətləndirilməsi prosesi həyata keçirilir. Satışların müəyyən dərəcədə məhdudlaşdırılmasında məqsəd ondan ibarətdir ki, qiymətləndirmə daha qısa müddətdə və daha obyektiv aparmaq mümkün olsun. Qiymətləndirmə aparıldıqdan sonra şirkətinin fəaliyyətinin perspektivi barədə onun üst idarəetmə orqanları tərəfindən müəyyən qərarlar veriləcək"- Ziya Əliyev vurğulayıb.
Mahir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay