Azərbaycanda mülki məsuliyyətinin sığortası 64% böyüyüb
Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə yığımlar artıb.
Valyuta.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib. Cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 9 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 785 min manat və ya 64,1% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 1 milyon 224 min manat təşkil edib.
Bundan başqa bu növ sığorta üzrə ödənişlər 30 min manat həcmində olub.
Sığorta ödənişləri ötən illin müvafiq dövrü ilə müqayisədə 53 min manat və ya 2,8 dəfə azalıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə 83 min manat ödəniş edilib.
2022-ci ildə zərərlilik göstəricisi 6,7%, 2023-cü ildə 1,5% təşkil edib. İllik müqayisədə 5,3%-lik artım qeydə alınıb.
© FED
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay