"Azərsığorta" icbari avtosığorta satışını dayandırıb
"Azərsığorta" (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) şirkəti ötən gündən etibarən avtomobillərin icbari sığortası üzrə satışları dayandırıb.
Valyuta.az xəbər verir ki, bu barədə sığorta agentləri APA-ya bildiriblər: "Hazırda icbari avtomobil sığortasının satışı həyata keçirilmir. Satışın nə vaxt bərpa olunacağı dəqiq məlum deyil".
Qeyd edilib ki, dövlət sığorta şirkətinin icbari avtosığorta üzrə elektron sisteminə giriş tamamilə bloklanıb. Heç bir satış həyata keçirmək mümkün deyil. Məsələ ilə bağlı bu gün sığorta şirkətinin qərarı açıqlanacaq. Sığorta şirkətinin təşilati hüquqi formasının dəyişib ASC olacağı gözlənilir.
Valyuta.az xəbər verr ki, məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq "Azərsığorta"dan bildirilib ki, bununla bağlı rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, oktyabrın 31-də rəsmi açıqlanan maliyyə hesabatına əsasən, sığorta şirkəti 2022-ci ili 9 milyon manata yaxın kapital çatışmazlığı ilə bitirib. Ötən dövrdə sığorta şirkətinə əlavə kapital yatırılması ilə bağlı hər hansı bir məlumat açıqlanmayıb. Sığorta şirkəti İnvestisiya Holdiqinin nəzarətində olan dövlət şirkətlərindən biridir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay