"Xalq Sığorta"da geriləmə davam edir: 1 ildə 43 faiz!
2023-cü ilin ilk doqquz ayında “Xalq Sığorta” şirkətinin topladığı sığorta haqları 17,094 milyon manat təşkil edib.
Valyuta.az-ın hesablamasına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 43% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri təxminən 13,1 milyon manat olub. 2022-ci ilin yanvar-iyul aylarında “Xalq Sığorta” 30,190 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Qeyd edək ki, 2023-cü ilin may ayında səhmdarların qərarı ilə sığorta şirkətinin idarə heyətinə Roman Vəliyev sədr təyin edilib. Rəqəmlər isə onu göstərir ki, menecmentdəki dəyişiklik şirkətin bazardakı vəziyyətinə hələlik təsir göstərə bilməyib.
Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə (həmçinin "Xalq Bank"da 50%), 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-də 33.85%) məxsusdur.
Mahir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay