Sığorta
17.10.2023 / 12:09
“Qala Sığorta”nın Direktorlar Şurasının üzvü şirkətdən ayrıldı
34656
“Qala Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) üzvü Şamil Hüseynov şirkətdən ayrılıb.
Valyuta.az xəbər verir ki, bununla da, sığorta şirkətinin Direktorlar Şurasının tərkibi 4 nəfərdən ibarət olub. Hazırda DŞ-nin sədri Kamal İbrahimov, sədr müavini Aydın Rəhmanov, DŞ-nin üzvü Aynur Bayraml və müstəqil üzv Elxan Gülməmmədovdur.
Qeyd edək ki, Şamil Hüseynov 2021-ci ildə “Qala Sığorta”nın Direktorlar Şurasının üzvü seçilib. Buna qədər isə "Atəşgah Həyat”ın Direktorlar Şurasının üzvü olub.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis-Azərbaycan" şirkətinin bazasında 2015-ci ildə yaradılıb. Onun səhmlərinin 100%-i “AzRe Təkrar Sığorta” şirkətinə məxsusdur.
© Apa
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay