Sığorta
13.10.2023 / 12:49
Son iki ayda Naxçıvanda 5 ayrı sığorta şirkətinin filialı açılıb
34438
Son iki ayda Naxçıvan Muxtar Respublikasında 5 ayrı sığorta şirkətinin filialı fəaliyyətə başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev media nümayəndələri ilə görüşdə deyib.
O qeyd edib ki, 2 ay əvvəl muxtar respublikada 1 sığorta şirkəti fəaliyyət göstərirdi.
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il toplanan sığorta haqlarında 59 faiz artım olub. Eyni zamanda, sığortaçıların sığorta olunanlara ödəmiş olduqları ödənişlərdə 85 faiz artım qeydə alınıb", - deyə E.Əliyev bildirib.
© Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay