Sığorta
02.10.2023 / 15:11
Məşhur daşıma şirkəti icbari sığortaya görə cərimələnə bilər
33625
Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkəti “Xaliq Faiqoğlu” MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə ittiham olunur.
İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Eçin Ağayev iş üzrə hakim təyin edilib.
469.3-cü maddəyə əsasən, fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.
“Xaliq Faiqoğlu” MMC 2004-cü ildən fəaliyyət göstərir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay