10.07.2023 / 17:04
“Naxçıvan Sığorta”nın İdarə Heyətinə yeni təyinat olub
30189
“Naxçıvan Sığorta” şirkətinin rəhbərliyinə yeni təyinat olub.
Bu barədə Valyuta.az-a sığorta şirkətindən bildirilib. Məlumata görə, Abbasbəyli Ayxan Nikbin oğlu “Naxçıvan Sığorta”nın İdarə Heyətinə müvəqqəti üzv seçilib.
Qeyd edək ki, bundan əvvəl sığorta şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tural Ələkbərov sədr seçilmişdi. Yeni təyinatla sığorta şirkətinin idarə heyəti iki nəfərdən ibarət olub.
Qeyd edək ki, Azərbaycanın yeganə regional sığorta şirkəti "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb və onun səhlərinin 100 %-i "Naxçıvan Bank" ASC-yə məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay