“Azsığorta”dan icra hakimiyyəti ilə “Azərsu”ya qarşı iddia
Sığorta bazarının aparıcı şirkətlərindən olan “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) Nəsimi Rayon İcra Hakimiyyətini məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, şirkət paralel olaraq “Azərsu” ASC və “Kəpəz-F MMC” MMC barəsində iddia qaldırıb.
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. İşin mahiyyəti barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Lakin “Azsığorta” ASC-nin eyni anda iki dövlət qurumunu və bir şirkəti məhkəməyə verməsi ortada ciddi qalmaqalın olduğuna şübhələri artırır.
"Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay