26.06.2023 / 16:00
\"Atəşgah Sığorta\"nın rəhbərliyinə yeni təyinat
29815
"Atəşgah Sığorta" ASC-nin rəhbərliyinə yeni təyinat olub.
Bu barədə Valyuta.az-a sığorta şirkətindən bildirilib. Məlumata görə, sığorta şirkətinin İdarə Heyətinin (İH) müvəqqəti üzvü Sadıq Mansurov İH-yə üzv seçilib.
Bununla da sığorta şirkətinin idarə heyətinin üzvlərinin sayı 4-ə çatıb.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manatdır. Şirkətin səhmlərinin 63%-i "ISR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay