Sığorta
09.06.2023 / 09:43
"Xalq Sığorta" rəhbərliyində daha bir təyinat
29122
"Xalq Sığorta" ASC-nin İdarə Heyətinin sədri olmuş Raman Kurbanau Direktorlar Şurasının üzvü seçilib.
Bu barədə Valyuta.az-a sığorta şirkətindən bildirilib.
Məlumata görə, bununla bağlı qərar səhmdarların ümumi yığıncağında verilib.
Qeyd edək ki, bundan əvvəl sığorta şirkətinin İdarə Heyətinə yeni sədri "Xalq Həyat Sığorta"nın sədri Roman Vəliyevin təyin edilmişdi.
Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb.
Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay