\"PAŞA Sığorta\": \"Azersky\"la bağlı sığorta ödənişi veriləcək
Kosmik tullantı və ya meteorit ilə toqquşduğu ehtimal edilən və sıradan çıxan "Azersky" peyki ilə bağlı dəyən ziyan "PAŞA Sığorta" şirkəti tərəfindən qarşılanacaq.
Bu barədə sığorta şirkətindən bildirilib.
Qeyd edilib ki, peykin sığorta risklərinin böyük hissəsi beynəlxalq təkrarsığorta şirkətinə ötürülüb.
Artıq dəyən ziyanın ödənilməsi ilə təkrarsığorta şirkəti ilə razılıq əldə olunub. 45 milyon manat həcmində zərər ötürülən risklərin nisbətinə görə həm "PAŞA Sığorta", həm də xarici təkrarsığorta şirkəti arasında bölüşdürüləcək. Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) “PAŞA Sığorta” ilə ötən ilin sonunda "Azersky” peykinin sığortalanması ilə bağlı bir illik müqavilə bağlayıb.
Müqavilənin dəyəri isə 517 min 900 manat təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay